Bakıda “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda müzakirələr keçirilib - YENİLƏNİB

Bakıda “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda müzakirələr keçirilib - YENİLƏNİB Bakıda “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirəsi keçirilib.
Mədəniyyət siyasəti
9 Dekabr , 2019 14:07
Bakıda “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda müzakirələr keçirilib - YENİLƏNİB
Report / Elchin Murad

Bakıda “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirəsi keçirilib.

“Report” xəbər verir ki, tədbir Bakı Konqres Mərkəzində olub.

Müzakirələrdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, bu gün istehsalata sərmayə qoyulur: “Amma istehsalata qoyulan vəsait müəyyən vaxtda, müəyyən şərtdə mütləq geri qayıdır. Lakin mədəniyyətə, insan zehninə, onun yaradıcılıq potensialına qoyulan sərmayə hansısa vaxt və meyarlarla ölçülməməlidir, bunlar fərqləndirilməlidir”.

Təhsil naziri Ceyhun Bayramov qeyd edib ki, müasir dünyada peşə və ixtisaslar çox sürətlə dəyişir: “Azərbaycanda diqqət yetirilməsi vacib olan sahə sahibkarlıq, biznes etikası ilə bağlı olaraq bacarıqların formalaşdırılmasıdır. Bu, o baxımdan vacibdir ki, onlar gələcəkdə işaxtaran deyil, iş yeri yaradan insanlar olsunlar. Kreativ düşüncəli insanlar məhz bu istiqamətə yönəldilməlidir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev isə vurğulayıb ki, yaradıcı sənayenin gələcəyi çox böyük və genişdir: “Texnologiyaların inkişafı, elmi-texniki biliklərin artması ilə yüzlərlə peşələr bu günədək sıradan çıxıb, gələcək dövrlərdə də sıradan çıxacaq. Odur ki, əmək resursları üçün yeni sahələr yaradılmalıdır. Yeni sahələr insanın yaradıcı potensialına əsaslana bilər. Belə sahələrdə məşğulluğa daha böyük ehtiyac duyulacaq. Yaradıcı sahələr də burada öncül yerdədir. Yaradıcı sahələrin daha bir özəlliyi burada xüsusi resurslara çox məhdud ehtiyacın olmasıdır”.

Daha sonra çıxış edənlər yaradıcı sahələrin inkişafı ilə bağlı öz təkliflərini səsləndiriblər.

Rüfət Həmzəyevin moderatorluğu ilə idarə olunan müzakirələrdə çıxışçılar sualları cavablandırıblar.


*** 11:09

Bakıda “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirəsi başlayıb.

"Report" xəbər verir ki, tədbir Bakı Konqres Mərkəzində keçirilir. 

Müzakirələrdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Təhsil naziri Ceyhun Bayramov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Anar Quliyev, Əqli Mülkiyyət Agentliyinin İdarə heyətinin sədri Kamran İmanov və British Council təşkilatının Azərbaycan üzrə ofisinin rəhbəri Samr Şah iştirak edirlər.

Rüfət Həmzəyevin moderatorluğu ilə idarə olunan müzakirələrdə çıxışçılar sualları cavablandırır. 

Son xəbərlər

Orphus sistemi