Bakı. 14 yanvar. REPORT.AZ/ Bakıda görkəmli rumın şairi Mihay Emineskunun doğum günündə keçirilən Rumıniyanın Milli Mədəniyyət Günü qeyd ediləcək.
"Report"un məlumatına görə, bununla əlaqədar olaraq, yanvarın 15-də Rumıniya səfirliyinin əməkdaşları, eləcə də Rumıniyanın Azərbaycandakı diasporunun nümayəndələri M.Emineskunun Bakıdakı abidəsini ziyarət edəcək.
Tədbirdə, həmçinin bir sıra Aİ ölkələrinin Azərbaycandakı səfirlərinin iştirakı gözlənilir.
Bundan əlavə, Bakıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundov adına Milli Kitabxana ilə birgə "Rumıniya poeziya günləri", kitab sərgisi, eləcə də rumın mətbəxinin təqdimatı keçiriləcək.