Bakıda Novruz şənliyinin baş məşqi keçirilir

Bakıda Novruz şənliyinin baş məşqi keçirilir Ədalət Vəliyev hazırlıq prosesi ilə tanış olmaq üçün məşqlərdə iştirak edir
Mədəniyyət siyasəti
16 Mart , 2018 13:06
Bakıda Novruz şənliyinin baş məşqi keçirilir
Report

Bakı. 16 mart. REPORT.AZ/ Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə təntənəli Novruz şənliyinin baş məşqi keçirilir.

“Report” xəbər verir ki, Qız Qalasından start götürəcək bayram tədbiri Dənizkənarı Milli Park boyunca davam edəcək və Muzey Mərkəzinin qarşısında başa çatacaq.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev hazırlıq prosesi ilə tanış olmaq üçün məşqlərdə iştirak edir.

Nazir müavini bayram şənliyinə hazırlıq işlərinin davam etdirilməsi, məşqlərin yüksək səviyyədə və qrafikə uyğun aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

O bildirib ki, Azərbaycan xalqının min illərdir qoruyub yaşatdığı və qədim adət-ənənələrini özündə ehtiva edən Novruz bayramı hər il olduğu kimi, bu il də dövlət səviyyəsində geniş şəkildə qeyd olunacaq: "Azərbaycanın bütün rayonlarının bədii özfəaliyyətini, məişətini, sənət növlərini burada xalqımıza təqdim etməyə çalışacağıq. Regionlarla yanaşı, burada xalqımızın mətbəx mədəniyyəti, xalq oyunları təqdim olunacaq, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınan xalçalarımız geniş təqdim ediləcək".

Son xəbərlər

Orphus sistemi