Bakıda növbəti tanqo festivalı keçiriləcək

Bakıda növbəti tanqo festivalı keçiriləcək Noyabrın 29-dan dekabrın 1-dək paytaxtda növbəti Bakı Beynəlxalq Tanqo Festivalı keçiriləcək.
Mədəniyyət siyasəti
7 Noyabr , 2019 16:05
Bakıda növbəti tanqo festivalı keçiriləcək

Noyabrın 29-dan dekabrın 1-dək paytaxtda növbəti Bakı Beynəlxalq Tanqo Festivalı keçiriləcək.

“Report” xəbər verir ki, Argentinanın Azərbaycandakı səfirliyi və “United Cultures”in təşkilatçılığı ilə keçiriləcək tədbirdə dünya şöhrətli rəqs ustaları çıxış edəcək.

Xüsusi qonaqlar qismində festivalda 2019-cu il dünya çempionları - Auqustina PiaccioMaksim Gerasimov, Avropa çempionları - Sesiliya Akosta ilə Levan Qomelauri də iştirak edəcəklər.

Həmçinin festival çərçivəsində məşhur bandoneon ustası Viktor Hüqo Vilena və mahir gitaraçı Lautaro Tissera tərəfindən də konsertlər veriləcək.

İngilis versiyası Baku to host Tango Festival

Son xəbərlər

Orphus sistemi