Bakıda Norveç Kamera Ansamblının iştirakı ilə konsert keçiriləcək

Bakıda Norveç Kamera Ansamblının iştirakı ilə konsert keçiriləcək Konsert Norveç və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub
Mədəniyyət siyasəti
8 May , 2017 14:28
Bakıda Norveç Kamera Ansamblının iştirakı ilə konsert keçiriləcək

Bakı. 8 may. REPORT.AZ/ Bakı Musiqi Akademiyasında mayın 16-da Norveç Kamera Ansamblının iştirakı ilə konsert keçiriləcək.

"Report" xəbər verir ki, konsert Norveçin Konstitusiya Gününə və Norveç və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub.

Konsert zamanı Lüdviq van Bethoven, Yohan Kvandala, Cəlalə Abbasova, Yohan Svendsenin bəstələri ifa olunacaq.

Son xəbərlər

Orphus sistemi