Bakı. 28 oktyabr. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfirinin iqamətgahında ölkənin milli alkoqollu içkisi - "meskal"ın təqdimatı keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Meksikada məşhur olan meskalye Serxio İnurriqarro onun yaranması, istehsalı və içilməsi qaydasından danışıb.
S.İnurriqarro qeyd edib ki, "meskal" əsasən Meksikanın 8 ştatında istehsal olunur, illik istehsal həcmi təxminən 2 mln. litr təşkil edir.
Meskalye vurğulayıb ki, az miqdarda içkinin qəbulu orqanizmə zərər vurmur, tonusu yüksəldir.
Sonda tədbir iştirakçıları "meskal"ın müxtəlif növlərini dadmaq imkanı əldə ediblər.
Qeyd edək ki, "meskal" mavi aqava şirəsindən hazırlanır. Onun ən məşhur növü tekiladır.