Bakıda Meksika mətbəxinin təamları təqdim olunub

Bakıda Meksika mətbəxinin təamları təqdim olunub Bakı. 23 yanvar. REPORT.AZ/ Bakıda Meksikanın milli yeməklərinin tanıdılması məqsədilə “Meksika gecəsi” adlı tədbir keçirilib.
Mədəniyyət siyasəti
23 Yanvar , 2019 19:31
Bakıda Meksika mətbəxinin təamları təqdim olunub

Bakı. 23 yanvar. REPORT.AZ/ Bakıda Meksikanın milli yeməklərinin tanıdılması məqsədilə “Meksika gecəsi” adlı tədbir keçirilib.

“Report” xəbər verir ki, Meksikanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə ziyarətçilər yeni təamlarla tanış olub, ölkənin mədəniyyəti, adət və ənənələri ilə maraqlanıblar.

Tədbirdə çıxış edən Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini qeyd edib ki, ölkəsinin milli mətbəxi 2010-cu ildə UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu gün iaşə sektorunda 5,5 milyon iş yeri olduğunu diqqətə çatdıran diplomat milli təamların hər il 39 milyondan çox turisti Meksikanı ziyarət və kəşf etməyə cəlb edən mühüm amillərdən biri olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi