Aprelin 9-da Bakıda kubalı gitara ustalarının - Eduardo Martin və Əhməd Dikinson Kardenasın “Sones y Flores” (oğullar və çiçəklər) adlı konserti keçiriləcək.
“Report” Kuba
2003-cü ildə “Grammy” mükafatına layiq görülmüş E.Martin həm vətənində, həm də Amerika və Avropa ölkələrində fərdi konsertlər, seminarlar, ustad dərsləri keçirib.
Görkəmli sənətkar, prodüser və müəllim olan Ə.D.Kardenas paytaxt Havana şəhərində Ali Sənətlər İnstitutunun, habelə Böyük Britaniyanın Kral Musiqi Kollecinin və “Guidhall School” məktəbinin məzunudur. Azərbaycanda ikinci dəfədir çıxış edəcək.