Bakıda "Kolumbiya - vəhşi magiya" filminin təqdimatı keçiriləcək

Bakıda "Kolumbiya - vəhşi magiya" filminin təqdimatı keçiriləcək Təqdimatda Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Marta Qallindo da iştirak edəcək
Mədəniyyət siyasəti
18 Aprel , 2016 10:12
Bakıda Kolumbiya - vəhşi magiya filminin təqdimatı keçiriləcək

Bakı. 18 aprel. REPORT.AZ/ Aprelin 21-də Bakıda Kolumbiya filmi gecəsi keçiriləcək.

Kolumbiyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbir "ADA" Universitetində baş tutacaq.

Tamaşaçılara "Kolumbiya - vəhşi magiya" (Colombia - Magia Salvaje) filmi təqdim olunacaq. Film bu ölkənin təbii gözəllikləri və təzadlı görüntülərinə həsr olunub.

Təqdimatda Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Marta Qallindo da iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi