​Bakıda Kolumbiya Mədəniyyəti Günü keçiriləcək

​Bakıda Kolumbiya Mədəniyyəti Günü keçiriləcək Qonaqlar Kolumbiya milli mətbəxi və musiqisi ilə tanış olacaqlar
Mədəniyyət siyasəti
9 Sentyabr , 2015 12:35
​Bakıda Kolumbiya Mədəniyyəti Günü keçiriləcək

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bakıda Kolumbiya Mədəniyyəti Günü keçiriləcək.

Kolumbiyanın Azərbaycandakı səfirliyindən "Report" agentliyinə bildiriblər ki, tədbirdə Kolumbiya milli mətbəxinin nümunələri təqdim olunacaq.

Qonaqlar həmçinin Kolumbiyanın məşhur "Tata Morena" qrupunun ifasında milli musiqi ilə də tanış ola biləcəklər.

Tədbirdə Kolumbiya səfirliyinin əməkdaşları, Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və nümayəndələri, həmçinin Azərbaycanda fəaliyyət göstərən Kolumbiya diasporunun üzvləri və digərləri iştirak edəcəklər. 

Son xəbərlər

Orphus sistemi