Bakı. 19 avqust. REPORT.AZ/ Bakıda keçiriləcək İtaliya mətbəxi həftəsinin tarixi məlum olub.
İtaliyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbir noyabrın 21-27-də baş tutacaq.
Hazırda tədbirin proqramı üzərində iş gedir
Qonaqlara İtaliya kulinariyasının nümunələri göstəriləcək, eləcə də bu yeməklərin hazırlanması üzrə master-klasslar nümayiş olunacaq. Tədbir bütün dünya üzrə qeyd edilən İtaliya mətbəxi həftəsi çərçivəsində baş tutacaq.