Bakıda keçiriləcək 1-ci Latın Amerikası Film Festivalının proqramı açıqlanıb

Bakıda keçiriləcək 1-ci Latın Amerikası Film Festivalının proqramı açıqlanıb Tamaşaçılara Kolumbiya, Kosta-Rika, Braziliya, Kuba, Argentina, Meksika, Peru istehsalı olan 7 film göstəriləcək
Mədəniyyət siyasəti
10 Aprel , 2018 10:57
Bakıda keçiriləcək 1-ci Latın Amerikası Film Festivalının proqramı açıqlanıb

Bakı. 10 aprel. REPORT.AZ/ Aprelin 16-dan 19-dək Bakıda Latın Amerikası ölkələrinin Azərbaycandakı səfirliklərinin təşkilati dəstəyi ilə 1-ci Latın Amerikası Film Festivalı keçiriləcək.

Bu barədə "Report" Kolumbiyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.

Festivalın məqsədi Azərbaycan ictimaiyyətini Latın Amerikasının mədəniyyəti və ənənələri, o cümlədən kinematoqrafiya istiqamətindəki faəliyyəti ilə tanış etməkdir.

Qeyd edək ki, festival çərçivəsində tamaşaçılara Kolumbiya, Kosta-Rika, Braziliya, Kuba, Argentina, Meksika, Peru istehsalı olan 7 film göstəriləcək.

Son xəbərlər

Orphus sistemi