Bakıda ilk dəfə "Visla" festivalı keçiriləcək

Bakıda ilk dəfə "Visla" festivalı keçiriləcək Festival çərçivəsində 6 film nümayiş etdiriləcək
Mədəniyyət siyasəti
10 Oktyabr , 2016 09:42
Bakıda ilk dəfə Visla festivalı keçiriləcək

Bakı. 10 oktyabr. REPORT.AZ Bakıda “Visla”- polyak filmərinin xülasəsi adlı festival keçiriləcək.

Polşanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, festival oktyabrın 13-də başlayacaq və 19-dək davam edəcək.

Məlumata görə, tədbir çərçivəsində 6 polyak filmi nümayiş olunacaq. Bunlar “Mənim qızlarım danadır”, “Qəddarlıq anatomiyası”, “Həyatın kralı”, “Kimya”, “Yad səma” və “Troya atının çəkisi”dir. 

Filmlər "The Ladnmark Cinema"da hər gün saat 19.00-da nümayiş etdiriləcək (oktyabrın 17-si istisna olmaqla).

Giriş pulsuz və sərbəstdir.

Qeyd edək ki, "Visla" festivalı Azərbaycanda ilk dəfə keçirilir.

Son xəbərlər

Orphus sistemi