Yuxarı

Bakıda ilk dəfə latino musiqisi festivalı keçiriləcək - FOTO

Bakıda ilk dəfə latino musiqisi festivalı keçiriləcək - FOTO

Bakıda mayın 30-dan iyunun 9-dək ilk dəfə Latın Amerikası musiqisi festivalı keçiriləcək.

“Report” xəbər verir ki, festival çərçivəsindəki möhtəşəm şoular 30 may, 5 iyun tarixlərində metronun “İçərişəhər” stansiyası yaxınlığında, 6, 7, 8 iyun tarixlərində də bulvarda keçiriləcək. Həmçinin 4, 5, 6 iyun tarixlərində YARAT sənət mərkəzində latino musiqisinə dair açıq usta sinifləri də təşkil olunacaq.

“Bakı olduqca rəngarəng, çoxmədəniyyətli, maraqlı hadisələrlə zəngin şəhərdir. Bizim üçün də bu müxtəlifliyə töhfə vermək maraqlı oldu. Latın Amerikası musiqisinin birinci festivalı keçiriləcək və gələcəkdə bu tədbirin miqyasını genişləndirməyə ümidvarıq” – deyə tədbirin təşkilatçılarından biri, braziliyalı musiqiçi və prodüser Klaudio Franko qeyd edib.

Festivala bütün dünyadan Latın Amerikası musiqisi sənətkarları təşrif gətirəcəklər.

Biletləri İticket.az saytından əldə edə bilərsiz. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi