Bakıda iki mədəniyyət müəssisəsinin direktoruna yazılı xəbərdarlıq edilib

Bakıda iki mədəniyyət müəssisəsinin direktoruna yazılı xəbərdarlıq edilib Yoxlamalar davam edir
Mədəniyyət siyasəti
29 Mart , 2016 13:48
Bakıda iki mədəniyyət müəssisəsinin direktoruna yazılı xəbərdarlıq edilib

Bakı. 29 mart. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssələrində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlı yoxlamalar davam edir.

"Report" xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

Yoxlama və araşdırmaların nəticələrini rəhbər tutaraq Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəlilova Hicran Aydın qızına və Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri Məmmədova Dilarə Nadir qızına yazılı xəbərdarlıq elan edilib.

Son xəbərlər

Orphus sistemi