Yuxarı

Bakıda iki görkəmli meksikalı rəssama həsr olunan fotosərginin açılış mərasimi keçirilib

Bakıda iki görkəmli meksikalı rəssama həsr olunan fotosərginin açılış mərasimi keçirilib
Ümumilikdə Frida Kalo və Dieqo Riveranın sevgi və yaradıcılığını əks etdirən 96 şəkil təqdim olunub

Bakı. 7 iyul. REPORT.AZ/ Bakıda XX əsrin iki görkəmli meksikalı rəssamı - Frida Kalo və Dieqo Riveranın həyatına həsr olunan fotosərginin açılış mərasimi baş tutub.

"Report" xəbər verir ki, "Yolun yarısında bir təbəssüm" adlı sərgidə nümayiş olunan 96 şəkildə rəssamların həyatının müxtəlif dövrləri, vacib hadisələr və əksər anlarda kameraarxasında qalan gündəlik həyatları təqdim olunub.

Sərginin açılışında Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini çıxış edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi