Bakıda III Yaponiya Mədəniyyəti Festivalı keçiriləcək

Bakıda III Yaponiya Mədəniyyəti Festivalı keçiriləcək Yapon rəqsləri, filmlər nümayiş olunacaq, yapon mahnılar üzrə musiqi yarışması keçiriləcək
Mədəniyyət siyasəti
27 Mart , 2017 11:03
Bakıda III Yaponiya Mədəniyyəti Festivalı keçiriləcək

Bakı. 27 mart. REPORT.AZ/ Bakıda III Yaponiya Mədəniyyəti Festivalı keçiriləcək.

"Report" xəbər verir ki, tədbir aprelin 22-də Bakı Dövlət Universitetində keçiriləcək.

Festival çərçivəsində yapon rəqsləri nümayiş olunacaq, yapon mahnıları üzrə musiqi yarışması keçiriləcək, yapon filmlərin, eləcə də yapon dilində "Tıq-tıq xanım" cizgi filminin nümayişi təşkil ediləcək.

Bundan əlavə, festival zamanı oriqami, ikebana və Yaponiyanın digər yaradıcı sənət növləri üzrə master-klass keçiriləcək.

Son xəbərlər

Orphus sistemi