Bakıda II Türk Şeir Gecəsi keçiriləcək

Bakıda II Türk Şeir Gecəsi keçiriləcək Şeir gecəsində Orxan Vəli, Abdurrəhim Karakoça, Nəsimi, Şəhriyar, Mikayıl Müşfiq, Hüseyn Cavidin şerləri oxunulacaq
Mədəniyyət siyasəti
8 Fevral , 2017 16:55
Bakıda II Türk Şeir Gecəsi keçiriləcək

Bakı. 8 fevral. REPORT.AZ/ Bakıda fevralın 14-də "Xəzərdə eşqin səsi" adlı II Türk Şeir Gecəsi keçiriləcək. 

Türkiyənin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbir Nizami Kino Mərkəzində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Bakı Yunus Emre İnstitutu tərəfindən təşkil olunacaq.

Gecədə peşəkar teatr sənətçiləri tərəfindən Azərbaycan və Türkiyə türkcəsində şeirlər səsləndiriləcək, "Savalan" Musiqi Qrupu və müğənni Lalə Məmmədova çıxış edəcəklər.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, millət vəkilləri, şairlər və aktyorlar iştirak edəcəklər.

Gecədə Orxan Vəli, Abdurrəhim Karakoça, Nəsimi, Şəhriyar, Mikayıl Müşfiq, Hüseyn Cavidin şerləri oxunulacaq.

Son xəbərlər

Orphus sistemi