Bakıda II Mövsüm Səyahət Yarmarkası keçiriləcək

Bakıda II Mövsüm Səyahət Yarmarkası keçiriləcək Yarmarka fevralın 21-də Bakıda yerləşən "28 mall" Ticarət Mərkəzində olacaq
Mədəniyyət siyasəti
17 Fevral , 2015 21:00
Bakıda II Mövsüm Səyahət Yarmarkası keçiriləcək

Bakı. 17 fevral. REPORT.AZ/ Fevralın 21-də Bakıda yerləşən "28 mall" Ticarət Mərkəzində II Mövsüm Səyahət Yarmarkası keçiriləcək. Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Yarmarka daxili turizmin dəstəklənməsi və təbliğ etdirilməsi, respublikada fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin təklif etdiyi ölkədaxili, həmçinin Novruz turu məhsullarının şəhər sakinlərinə və qonaqlarına təqdim olunması məqsədilə təşkil ediləcək.

Yarmarka Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı ilə baş tutacaq.

Son xəbərlər

Orphus sistemi