Yuxarı

Bakıda "İtalyan dili həftəsi" konsertlə başlayıb

Bakıda "İtalyan dili həftəsi" konsertlə başlayıb
İtalyan dili həftəsi çərçivəsində master-klassların keçirilməsi və İtaliya filmlərinin nümayişi nəzərdə tutulub

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakıda təntənəli konsert proqramı ilə "İtalyan dili həftəsi"nə start verilib.

"Report" xəbər verir ki, tədbiri giriş nitqi ilə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari açıb.

Səfir "İtalyan dili həftəsi"nin İtaliya Xarici İşlər Nazirliyinin dəstəyi və bu ölkənin prezidentinin himayəsi altında dünyada artıq 17-ci dəfə keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, tədbirin məqsədi italyan dilini dünyada, o cümlədən Azərbaycanda təqdim etməkdir.

"İtalyan dili dünyada ingilis, ispan və Çin dilindən sonra ən çox öyrənilən dördüncü dildir. Bu, həm də melodram, moda, musiqi, avtomobil dilidir", - A.Massari bildirib.

Sonra məşhur italyan bəstəkarlarının bəstələdiyi və məşhur italyan filmlərindən olan əsərlərdən ibarət konsert keçirilib.

Konsertdə Azərbaycan musiqiçilərindən Fəridə Məmmədova (soprano), Səbinə Əsədova (metso-soprano), Siruz Məmmədov (truba), Elina Əliyeva, Samir Əsədov (skripka), Anar Əliyev (alt), Eyyub Əliyev (violonçel), Günel Kazımova (piano) çıxış ediblər.

Qeyd edək ki, Bakıda "İtalyan dili həftəsi" çərçivəsində master-klassların keçirilməsi və İtaliya filmlərinin nümayiş etdirilməsi nəzərdə tutulub. Tədbir oktyabrın 22-də başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi