Bakıda "İpək Yolu" festivalı keçiriləcək

Bakıda "İpək Yolu" festivalı keçiriləcək Almaniyanın Göte İnstitutu Bakıda konsertlər, musiqi seminarları, eləcə də müxtəlif sərgilər təşkil edəcək
Mədəniyyət siyasəti
27 Noyabr , 2017 15:43

Bakı. 27 noyabr. REPORT.AZ/ Almaniyanın Göte İnstitutu Almaniya, Türkiyə, Gürcüstan, Qazaxıstan və Azərbaycandan olan tanınmış musiqiçilərin iştirakı ilə "Bakı İpək Yolu" festivalı təşkil edəcək.

Bu barədə "Report"a Almaniyanın Bakıdakı səfirliyindən məlumat veriblər.

Tədbir çərçivəsində dekabrın 5-dən 14-dək Bakıda caz konsertləri, musiqi seminarları, eləcə də müxtəlif sərgilər təşkil ediləcəyi planlaşdırılır.

Tədbirdə həmçinin tarixi "İpək yolu" üzərində yerləşən ölkələrdən incəsənət xadimləri də iştirak edəcək.

Festivalın məqsədi Şərq və Qərb incəsənət xadimləri arasında beynəlxalq yaradıcılıq və təcrübə mübadiləsi həyata keçirmək imkanı yaratmaq, eləcə də iştirakçıları Almaniya mədəniyyəti ilə tanış etməkdir.

Tədbirlərə giriş sərbəstdir.

Son xəbərlər

Orphus sistemi