Bakıda Hindistan Günləri başlayıb - FOTO

Bakıda Hindistan Günləri başlayıb - FOTO Bakı. 7 mart. REPORT.AZ/ Bu gün Bakıda Hindistan Günləri başlayıb.
Mədəniyyət siyasəti
7 Mart , 2019 15:51
Bakıda Hindistan Günləri başlayıb - FOTO

Bakı. 7 mart. REPORT.AZ/ Bu gün Bakıda Hindistan Günləri başlayıb.

"Report" xəbər verir ki, tədbir Hindistanın Ticarət və Sənaye Nazirliyinin, eləcə də bu ölkənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilir.

Hindistan Günləri çərçivəsində Əl Oyunları Sarayında həmçinin Hindistan mallarının ənənəvi yarmarkası da təşkil edilib. Burada Hindistanda hazırlanan müxtəlif əl işləri, geyim və məişət əşyaları, ədviyyat və bəzək məhsulları satışa çıxarılıb.

Mədəni tədbirlərin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, Hindistan mallarının sərgisi Azərbaycan paytaxtında hər il keçirilir.

Bu il Bakıda Hindistan Günləri martın 17-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi