Yuxarı

Bakıda Hindistan Film Festivalı keçiriləcək

​Bakıda Hindistan Film Festivalı keçiriləcək

Hindistanın Azərbaycandakı səfirliyi iyulun 23-dən 29-dək Bakıda Hindistan Film Festivalı təşkil edəcək.

Bu barədə "Report" diplomatik nümayəndəliyin məlumatına istinadən xəbər verir.

Hind filmlərinin nümayişi Bakıda Gənclər Mərkəzində hər gün keçiriləcək.

İlk filmin nümayişində Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna da iştirak edəcək.

Qeyd edək ki, festivalda iştirak ödənişsizdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi