Yuxarı

Bakıda hind yeməkləri festivalı keçiriləcək

Bakıda hind yeməkləri festivalı keçiriləcək
Festival sentyabrın 25-nə nəzərdə tutulub

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bakıda hind yeməkləri festivalı keçiriləcək.

Hindistanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, festival sentyabrın 25-nə nəzərdə tutulub.

Festival Azərbaycandakı Hind İcması tərəfindən təşkil olunacaq.

Tədbir çərçivəsində hind mətbəxinin nümunələri, həmçinin hind yeməklərinin hazırlanma qaydaları nümayiş etdiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi