Bakıda "Həcmli Sankt-Peterburq" fotosərgisi açılıb

Bakıda "Həcmli Sankt-Peterburq" fotosərgisi açılıb Sankt-Peterburqla bağlı fotolar üçölçülü görünüş texnikası ilə işlənilib
Mədəniyyət siyasəti
18 May , 2016 14:46
Bakıda Həcmli Sankt-Peterburq fotosərgisi açılıb

Bakı. 18 may. REPORT.AZ/ Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) "Həcmli Sankt-Peterburq" fotosərgisi açılıb.

"Report" xəbər verir ki, fotosərgi "Bakıda Sankt-Peterburq görüşləri" adlı silsilə mədəni-maarif aksiyaları çərçivəsində keçirilr.

Sankt-Peterburqla bağlı fotolar üçölçülü görünüş texnikası ilə işlənilib. Bu isə sözün həqiqi mənasında şəhərin ab-havasını yaşamağa imkan yaradır.

Sərgidə 2 rəssamın 12 əl işi nümayiş etdirilir. Şəkillər xüsusi olaraq Sankt-Peterburq şəhər hakimiyyətinin sifarişi əsasında hazırlanıb.

Qeyd edək ki, "Bakıda Sankt-Peterburq görüşləri" aksiyası çərçivəsində, həmçinin ənənəvi incəsənət və sənətkarlıq üzrə master-klass keçiriləcək, "Lenfilm" kinostudiyasının istehsalı olan filmlər nümayiş olunacaq, Sankt-Peterburq incəsənət ustalarının konserti baş tutacaq.

Son xəbərlər

Orphus sistemi