Bakıda gürcü rəssamların kukla sərgisi keçiriləcək

Bakıda gürcü rəssamların kukla sərgisi keçiriləcək "Mələyin qanadları altında" adlı ekspozisiya Yeni il bayramına həsr olunub
Mədəniyyət siyasəti
11 Dekabr , 2017 12:49
Bakıda gürcü rəssamların kukla sərgisi keçiriləcək

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin İncəsənət Qalereyasında gürcü rəssamların "Mələyin qanadları altında" adlı kukla sərgisi keçiriləcək.

Bu barədə "Report" Muzey Mərkəzinin mətbuat xidmətinə istinadən xəbər verir.

Ekspozisiya Yeni il bayramına həsr olunub və ziyarətçilər üçün dekabrın 15-də açılacaq. Sərgidə 32 gürcü rəssamın əl işi təqdim olunacaq.

Həmçinin sərgi çərçivəsində gürcü rəssam Baçana Xalvaşinin Bakı Marionet Teatrının "Leyli və Məcnun" tamaşası üçün hazırlanmış kuklaları təqdim olunacaq.

Qeyd edək ki, sərgidə göstəriləcək əsərlər kukla sənətinin müxtəlif janrlarına - bədii kuklalar, kiçik heykəltəraşlıq, marionetlər və suvenir kuklalar janrlarına aiddirlər.

Son xəbərlər

Orphus sistemi