Bakıda görkəmli hind şairinin doğum günü qeyd ediləcək

Bakıda görkəmli hind şairinin doğum günü qeyd ediləcək Tədbirdə hind rəqsləri və musiqisi təqdim olunacaq
Mədəniyyət siyasəti
4 May , 2017 13:25
Bakıda görkəmli hind şairinin doğum günü qeyd ediləcək

Bakı. 4 may. REPORT.AZ/ Bakıda hind rəqsləri və musiqisi günü keçiriləcək.

Bu barədə "Report"a Hindistanın Azərbaycandakı səfirliyindən məlumat verilib. 

Məlumata görə, tədbir görkəmli hind şairi, yazıçısı, bəstəkarı, rəssamı, ictimai xadimi, Nobel mükafatı laureatı Rabindranat Taqorun doğum gününə həsr olunub.

Tədbir mayın 5-də Azərbaycan Dillər Universitetində keçiriləcək.

Xatırladaq ki, R.Taqor (7 may 1861 - 7 avqust 1941) ədəbiyyat üzrə Nobel mükafatı alan (1913) ilk qeyri-avropalı kimi tarixə düşüb. Hindistan və Banqladeşin himnlərinin sözlərini R.Taqor yazıb. 

Son xəbərlər

Orphus sistemi