Bakıda Fransa Qastronomiya Günləri başlayır

Bakıda Fransa Qastronomiya Günləri başlayır Oxşar tədbirlər Azərbaycanda üçüncü dəfədir keçirilir və Fransa mətbəxini təqdim etmək üçün nəzərdə tutulub
Mədəniyyət siyasəti
4 Aprel , 2017 18:35
Bakıda Fransa Qastronomiya Günləri başlayır

Bakı. 4 aprel. REPORT.AZ/ Bakıda aprelin 5-dən 15-dək Fransa Qastronomiya Günləri festivalı "Goût de / Good France - 2017" keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfir Aureliya Buşe məlumat verib.

Oxşar tədbirlər dünyanın bir sıra ölkəsində, o cümlədən Azərbaycanda üçüncü dəfədir keçirilir və Fransa mətbəxini təqdim etmək üçün nəzərdə tutulub. Festival 5 qitədə təşkil olunacaq və dünya üzrə 2 mindən çox aşpazı bir araya gətirəcək.

Bu il Bakı sakinləri fransız mətbəxi ilə paytaxtın 5 restoranında tanış olacaqlar.

Ümumiyyətlə, bir sıra ölkələrdə belə kulinariya festivalının keçirilməsi ənənəsinin əsasını 2015-ci ildə Fransanın keçmiş xarici işlər naziri Loran Fabius qoyub.

Xatırladaq ki, Bakıda aprelin 1-dən 22-dək həm də Frankofoniya Günləri keçirilir.

Son xəbərlər

Orphus sistemi