Bakıda Fransa musiqisi festivalı keçiriləcək.
"Report" Fransanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, tədbir iyunun 21-də Bakının mərkəzində bir neçə meydanda keçiriləcək.
Tədbir diplomatik missiya və Fransa İnstitutu tərəfindən Göte İnstitutu, Azərbaycan Mədəniyyət Nazirliyi və "YARAT" Müasir İncəsənət Mərkəzi ilə əməkdaşlıq şəklində təşkil olunacaq.