Bakıda "Eurovillage" Avropa mədəniyyəti festivalı başlayıb - YENİLƏNİB

Bakıda "Eurovillage" Avropa mədəniyyəti festivalı başlayıb - YENİLƏNİB Açılış mərasimində Aİ ölkələrinin səfirləri və diplomatları, eləcə də Aİ missiyasının Azərbaycandakı rəhbəri Malena Mard iştirak edib
Mədəniyyət siyasəti
1 Oktyabr , 2016 14:40
Bakıda Eurovillage Avropa mədəniyyəti festivalı başlayıb - YENİLƏNİB

Bakı. 1 oktyabr. REPORT.AZ/ Bakıda "Eurovillage" Avropa mədəniyyəti festivalı başlayıb.

"Report" xəbər verir ki, tədbirdə Avropa İttifaqına üzv olan dövlətlərin hər birinin ənənələri, mədəniyyət nümunələri, mətbəxi, onlar haqqında məlumatların əks olunduğu broşür təqdim edilir.

Bundan əlavə, festival qonaqları avropalı fokusçuların, musiqiçilərin, rəqs qruplarının bacarığına şahidlik edə biləcək. Həmçinin, müxtəlif müsabiqə və viktorinalar keçiriləcək.

"Eurovillage" Avropa mədəniyyəti festivalının açılış mərasimində Bakıda qeydiyyatdan keçmiş Aİ ölkələrinin səfirləri və diplomatları, eləcə də Aİ missiyasının Azərbaycandakı rəhbəri Malena Mard iştirak edib.

M.Mard açılış zamanı builki "Eurovillage" festivalının miqyasının ötən illə müqayisədə daha böyük olduğunu bildirib: "Bu il insanlar arasında əlaqələrə əsaslanan əlaqələrimizin 25-ci ildönümünü qeyd edirik. Festival da tərəflər arasında ıx tərəfdaşlığın səviyyəsini göstərir. Bundan əlavə, biz əməkdaşlığın genişləndirilməsindən savayı, onu gücləndirmək niyyətindəyik. Bu, həm islahatlar şəklində, həm təlimlər, həm də tələbə proqramları şəklində ola bilər".

Son xəbərlər

Orphus sistemi