​Bakıda Dağıstan Respublikasının Azərbaycanda Mədəniyyət günlərinin rəsmi açılış mərasimi keçirilib - FOTO

​Bakıda Dağıstan Respublikasının Azərbaycanda Mədəniyyət günlərinin rəsmi açılış mərasimi keçirilib - FOTO Dağıstan başçısı Heydər Əliyev Sarayında təşkil olunmuş "Dağıstan xalqlarının incəsənəti" adlı ekspozisiya ilə tanış olub
Mədəniyyət siyasəti
12 May , 2016 21:03
​Bakıda Dağıstan Respublikasının Azərbaycanda Mədəniyyət günlərinin rəsmi açılış mərasimi keçirilib - FOTO

Bakı. 12 may. REPORT.AZ/ Bakıda Dağıstan Respublikasının Azərbaycanda Mədəniyyət günlərinin rəsmi açılış mərasimi keçirilib.

"Report"un verdiyi xəbərə görə, açılışda Bakıda işgüzar səfərdə olan Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov iştirak edib.

O, Heydər Əliyev adına Sarayda təşkil olunmuş Dağıstanın dekorativ tətbiqi incəsənəti,ənənəvi sənətkarlıq və xalq sənətkarlığına həsr edilmiş "Dağıstan xalqlarının incəsənəti" adlı ekspozisiya ilə tanış olub.

Daha sonra Dağıstanın tanınmış artistləri və kollektivlərinin iştirakı ilə konsert proqramı nümayiş etdirilib.

Mayın 13-də Dağıstan nümayəndə heyəti Xaçmaz və Qusar rayonlarında olacaq. Burada Dağıstanın incəsənət ustaları, yaradıcı insanları və aktyor kollektivlərinin iştirakı ilə konsert proqramları və tamaşalar nümayiş etdiriləcək. 

Son xəbərlər

Orphus sistemi