Bakıda bölgələrin incəsənət nümunələri təqdim olunacaq

Bakıda bölgələrin incəsənət nümunələri təqdim olunacaq Tədbirdə bölgələrin el sənətkarlarının əl işlərinin sərgi-yarmarkası keçiriləcək
Mədəniyyət siyasəti
19 Avqust , 2016 21:04
Bakıda bölgələrin incəsənət nümunələri təqdim olunacaq

Bakı. 19 avqust. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi avqustun 20-23-də Bakı şəhəri, Nizami küçəsində yerləşən yeni təsviri sənət məkanında Şamaxı rayonunun “Şirvan” folklor ansamblının, İsmayıllı rayonundan “Lahıc” folklor ansamblının, Qəbələ rayonundan “Zopu-Zopu” etnoqrafik folklor rəqs ansamblının kollektivlərinin çıxışı ilə konsert proqramı təşkil edəcək.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə həmçinin həmin bölgələrin el sənətkarlarının əl işlərinin sərgi-yarmarkası keçiriləcək.



Son xəbərlər

Orphus sistemi