Yuxarı

Bakıda "Bizimkilər kosmosda" foto sərgisi açılıb

Bakıda "Bizimkilər kosmosda" foto sərgisi açılıb
Tədbir Aviasiya və kosmonavtika gününə həsr olunub

Bakı. 12 aprel. REPORT.AZ/ Bu gün - Aviasiya və kosmonavtika günündə Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) "Bizimkilər kosmosda" foto sərgisi açılıb.

"Report" RİMM-in mətbuat xidmətinə istinadən xəbər verir ki, sərgidə insanlığın kosmosdakı ilk addımları, ilk konstruksiyalar və kosmonavtlar barədə fotolar təqdim olunub.

"Rossotrudniçestvo"nun Azərbaycan nümayəndəliyinin rəhbəri Valentin Denisov qonaqları salamlayıb. O, nümayəndəliyin dəstəyi ilə bir həftədir Bakının bir çox məktəblərində, eləcə də Azərbaycan Milli Aviasiya Akademiyasında Kosmonavtika gününə həsr olunmuş Qaqarin dərslər və digər tədbirlər keçirildiyini bildirib.

Sərgini şagird və tələbələr, eləcə də kosmosun fəth edilməsi tarixi ilə maraqlanan hər kəs ziyarət edə biləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi