Yuxarı
    Bağlamaq

    Bakıda Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun 100 illiyi ilə bağlı fotosərgi keçiriləcək

    Sərgidə, təxminən, 40 ədəd foto nümayiş olunacaq

    Bakı. 16 may. REPORT.AZ/ Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü” mövzusunda fotosərgi keçiriləcək.

    Bu barədə "Report"a Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat xidmətindən bildiriblər.

    Sərgi mayın 24-dən iyunun 6-dək Azərbaycan İstiqlaliyyət Muzeyində Türkiyənin Azərbaycandakı səfirliyi və Bakı Yunus Əmrə İnstitutu tərəfindən təşkil olunacaq. Tədbirdə, təxminən, 40 ədəd foto nümayiş etdiriləcək.

    Sərginin məqsədi ulu öndər Heydər Əliyevin "İki dövlət bir millət" ifadəsinə əasaslanaraq iki cəmiyyət arasındakı mədəni əməkdaşlığı inkişaf etdirmək, ortaq milli dəyərlərimizi xatırlamaq və onlara sahib çıxmaqdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi