Bakıda “Amerika günləri” festivalı keçiriləcək

Bakıda “Amerika günləri” festivalı keçiriləcək Tədbir 14–21 may tarixlərində nəzərdə tutulub
Mədəniyyət siyasəti
30 Aprel , 2016 20:09
Bakıda “Amerika günləri” festivalı keçiriləcək

Bakı. 30 Aprel. REPORT.AZ/ 14–21 may 2016 il tarixlərində Azərbaycanda “Amerika günləri” festivalı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında bildirilir.

Məlumata görə, festivalın keçirilməsində məqsəd Amerika mədəniyyətinin müxtəlifliyini Azərbaycan vətəndaşlarına nümayiş etdirmək və ölkələr arasındakı qarşılıqlı anlaşmanı genişləndirməkdir.

Festival çərçivəsində canlı musiqi ifaları, Amerika mətbəxi nümunələrinin nümayişi, incəsənət sərgiləri, qrup rəqsləri, film nümayişləri, uşaqlar üçün proqramlar və digər maraqlı tədbirlər nəzərdə tutulub. Bütün tədbirlər ictimaiyyət üçün açıqdır və onlara giriş pulsuzdur. 

Son xəbərlər

Orphus sistemi