Bakıda "Afrikalı Stinq"in konserti keçirilib

Bakıda "Afrikalı Stinq"in konserti keçirilib Miroka Pariş tamaşaçılara repertuarında olan caz və fadu üslubundakı populyar mahnıları təqdim edib
Mədəniyyət siyasəti
2 Noyabr , 2018 10:47
Bakıda Afrikalı Stinqin konserti keçirilib

Bakı. 2 noyabr. REPORT.AZ/ Bakıda Avropa İttifaqı (Aİ) tərəfindən təşkil edilən "FANTAZİYA" festivalı çərçivəsində müğənni Miroka Pariş (Miroca Paris) və Kabo Verdedən olan eyniadlı qrupun konserti keçirilib.

"Report" xəbər verir ki, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Denis Daniilidis qonaqlara festivalın proqramı, onun əhəmiyyəti və məqsədləri barədə məlumat verib.

"Afrikalı Stinq" adlandırılan qrupun solisti Miroka Pariş ilk dəfə Bakıda olduğunu və azərbaycanlıların qonaqpərvərliyinin və caz musiqisinə marağının onda xoş təəssürat yaratdığını söyləyib.

Müğənni və qrupu tamaşaçılara repertuarında olan morna və funana üslubundakı populyar mahnıları təqdim edib. 

Son xəbərlər

Orphus sistemi