“Bakı Yığması” Soçidəki 28-ci beynəlxalq festivalının güclülər liqasına çıxıb

“Bakı Yığması” Soçidəki 28-ci beynəlxalq festivalının güclülər liqasına çıxıb Bu barədə Murad Dadaşov məlumat verib
Mədəniyyət siyasəti
22 Yanvar , 2017 18:24
“Bakı Yığması” Soçidəki 28-ci beynəlxalq festivalının güclülər liqasına çıxıb

Bakı. 22 yanvar. REPORT.AZ/ "Şən və Hazırcavablar klubları"nın Rusiyanın Rusiyanın Soçi şəhərində keçirilən  28-ci beynəlxalq festivalının seçmə mərhələsində Azərbaycanı təmsil edən “Bakı Yığması” güclülər liqasına çıxıb.

“Report”un məlumatına görə, bu barədə Azərbaycanın əməkdar artisti, tanınmış teleaparıcı, MGP (M Group Production) şirkətinin prezidenti Murad Dadaşov xəbər verib. "Əziz dostlar, Əziz həmvətənlər! Bakı "KVN"in güclülər liqasında. Sadəcə afərin! " – deyə o bildirib.

Qeyd edək ki, Rusiyanın Soçi şəhərində baş tutan 28-ci beynəlxalq festivalının seçmə mərhələsində ümumilikdə 500-ə yaxın komanda qeydiyyatdan keçib. Azərbaycan bu festivala “Bakı Yığması” ilə qatılıb.

Son xəbərlər

Orphus sistemi