Yuxarı
    Bağlamaq

    Bakı şəhər Mədəniyyət Baş İdarəsinə yeni rəis təyinatı olub

    Bakı. 5 noyabr. REPORT.AZ/ Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinə yeni rəis təyinatı olub.

    "Report"un məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb. 

    Əmrə əsasən, bu vəzifəyə Cəlil Bəhram oğlu Məlikov təyin edilib.

    Qeyd edək ki, C.Məlikov 1984-cü ildə Bakı şəhərində anadan olub. 1990-2000-ci illərdə 189 nömrəli məktəbdə təhsil alıb, 2004-cü ildə isə Bakı Dövlət Universitetini “Turizm və sosial mədəni servis xidməti” ixtisası üzrə bitirib.

    C.Məlikov 2002-2004-cü illərdə “Space” müstəqil teleradio şirkətində rejissor, 2004-2005-ci illərdə “ABC Construction” şirkətində satış və marketinq üzrə menecer və 2005-2006-cı illərdə “Hyatt Regency Baku” mehmanxanasında müxtəlif vəzifələrdə işləyib.

    2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsində məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi, Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsində sektor müdiri və Nazirliyin Protokol sektorunun müdiri vəzifələrində çalışıb.

    2018-ci ilin avqust ayında mədəniyyət nazirinin köməkçisi vəzifəsinə təyin edilib.

    Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə 2016-cı ildə “Tərəqqi” medalı ilə təltif edilib.

    Ailəlidir, 2 övladı var. 

    Xatırladaq ki, Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinə bu təyinatadək Vüqar Zeynalov rəhbərlik edib. O, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə başçısı təyin edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi