Bakı Media Mərkəzində İtaliya Dizayn Günü keçirilib

Bakı Media Mərkəzində İtaliya Dizayn Günü keçirilib Bakı. 2 mart. REPORT.AZ/ Bakı Media Mərkəzində İtaliya Dizayn Günü keçirilib. 
Mədəniyyət siyasəti
2 Mart , 2018 14:05
Bakı Media Mərkəzində İtaliya Dizayn Günü keçirilib

Bakı. 2 mart. REPORT.AZ/ Bakı Media Mərkəzində İtaliya Dizayn Günü keçirilib. 

"Report"un məlumatına görə, tədbir İtaliyanın Azərbaycandakı səfirliyi və Ticarət Agentliyinin təşkilatçılığı ilə baş tutub. 

Mərasimdə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari, Bakıda yerləşən diplomatik korpusların nümayəndələri, Azərbaycan və İtaliyanın müxtəlif brendlərini təmsil edən şirkətlərin rəhbərləri və digər qonaqlar iştirak ediblər.

İtaliyanın qabaqcıl texnologiyalarının təbliğini və müxtəlif sektorlar üzrə iki ölkə arasında əməkdaşlığın qurulması məqsədi daşıyan tədbir mərkəzdə bir gün davam edib və üç hissədə təşkil olunub. "Dəyirmi masa" şəklində təşkil olunan birinci hissədə maraqlı tərəflərin iştirakı ilə müxtəlif mövzularda elmi və praktik müzakirə sessiyaları keçirilib.

Tədbirin sərgi hissəsində İtaliya brendi və ticarət markasına aid müxtəlif dizaynlar nümayiş olunub. Bu hissədə həmçinin mükafat almış arxitektur layihələrin fotostendləri də yer alıb.

Tədbirin üçüncü hissəsində isə İtaliya musiqisi sədaları altında qonaqlara bu ölkənin mətbəxi və şərablarından ibarət nümunələr təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi