Bakı Mədəniyyət və Turizm İdarəsinin iki vəzifəli əməkdaşı işdən çıxarılıb

Bakı Mədəniyyət və Turizm İdarəsinin iki vəzifəli əməkdaşı işdən çıxarılıb Daha iki nəfərə töhmət verilib
Mədəniyyət siyasəti
18 Mart , 2016 12:33
Bakı Mədəniyyət və Turizm İdarəsinin iki vəzifəli əməkdaşı işdən çıxarılıb

Bakı. 18 mart. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tabeliyində olan mədəniyyət müəssələrində çalışan bir neçə əməkdaşa töhmət verib.

Bu barədə "Report"a Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildirilib.

Yoxlama və araşdırmaların nəticələrini əsas tutaraq Kürdəxanı qəsəbə mədəniyyət evinin direktoru Məmmədova Aygün Mehman qızına yazılı xəbərdarlıq, Bibiheybət qəsəbə mədəniyyət evinin direktoru Bəxtiyarova Günel Mahir qızına və Binəqədi mərkəzi mədəniyyət evinin direktoru Abbasova Zivər Aydın qızına töhmət verilib.

Həmçinin, Əmircan qəsəbə Mədəniyyət evinin direktoru Bayramova Afaq Sənan qızı və H.Abbasov adına Mədəniyyət evinin direktoru Qədimov Kamal Kamil oğlu tutduqları vəzifədən azad olunub. 

Son xəbərlər

Orphus sistemi