Bakının mədəniyyət müəssisələrində yeni kadr dəyişiklikləri olub

Bakının mədəniyyət müəssisələrində yeni kadr dəyişiklikləri olub Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi müvafiq əmrlər imzalayıb
Mədəniyyət siyasəti
5 Oktyabr , 2017 12:04
Bakının mədəniyyət müəssisələrində yeni kadr dəyişiklikləri olub

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakıda bir neçə mədəniyyət müəssisələrinin rəhbərliyində rotasiya qaydasında dəyişikliklər edilib. 

İdarənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Q.Abbasov adına mədəniyyət sarayının direktoru Məmməd Rza oğlu Rzayev tutduğu vəzifədən azad olunaraq Şağan qəsəbə klubuna, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktor müavini Tofiq Ağarza oğlu Dadaşov isə H.Abbasov adına mədəniyyət evinə direktor vəzifələrinə təyin olunublar.

Bununla bağlı Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi müvafiq əmrlər imzalayıb.

İdarənin digər əmrinə əsasən R.Aboyev adına mədəniyyət və istirahət parkının direktoru Fikrət Zinun oğlu Urucəliyev tutduğu vəzifədən azad olunaraq, Q.Abbasov adına mədəniyyət sarayının direktoru vəzifəsinə təyin edilib.

Son xəbərlər

Orphus sistemi