Bakı Kitab Mərkəzində ziyalılar və ictimai xadimlər üçün təqdimat keçirilib

Bakı Kitab Mərkəzində ziyalılar və ictimai xadimlər üçün təqdimat keçirilib Bakı. 1 sentyabr. REPORT.AZ/ Bakı Kitab Mərkəzində ziyalılar və ictimai xadimlər üçün təqdimat keçirilib.
Mədəniyyət siyasəti
1 Sentyabr , 2018 00:52
Bakı Kitab Mərkəzində ziyalılar və ictimai xadimlər üçün təqdimat keçirilib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Bakı Kitab Mərkəzində ziyalılar və ictimai xadimlər üçün təqdimat keçirilib.

"Report"un məlumatına görə, qonaqlara Bakı Kitab Mərkəzinin fəaliyyət istiqamətləri və həyata keçiriləcək layihələr, tədbirlər barədə məlumat verilib.

Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva belə bir mədəniyyət və ədəbiyyat ocağını xalqımıza nəsib etdiyinə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib. “Çox istərdim ki, bu möhtəşəm layihə uzunömürlü olsun və gələcək nəslin maariflənmə, mütaliə məsələlərində əsas rollardan birini oynasın”, - deyə G.Rzayeva bildirib.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun Azərbaycanda həyata keçirdiyi mədəniyyət layihələrindən, eyni zamanda, gənclərin təhsilə, kitaba marağının artırılması istiqamətində gördüyü işlərdən danışıb və bunun davamlı olacağını söyləyib. Regionlardakı Heydər Əliyev mərkəzlərində kitabxanaların fəaliyyət göstərdiyini qeyd edən A.Ələkbərov Bakı Kitab Mərkəzinin yaradılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın rolunu xüsusi vurğulayıb və onun bütün proseslərə yüksək diqqətlə yanaşdığını qeyd edib. “Bizim çoxdankı arzumuz idi ki, Bakıda yüksək şəraiti olan və müxtəlif nəşrləri əhatə edən kitab mərkəzi yaradılsın. Düşünürəm ki, biz buna nail olduq”, - deyən A.Ələkbərov Bakı Kitab Mərkəzinin hər kəs üçün maraqlı olacağını bildirib.

Bakı Kitab Mərkəzinin ictimaiyyət üçün açıq olacağını deyən A.Ələkbərov fiziki cəhətdən qüsurlu insanların buraya sərbəst daxil olmasının nəzərə alındığını deyib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar müasir dövrdə - kitab mütaliəsinin yeni texnologiyalarla əvəzləndiyi bir zamanda Bakı Kitab Mərkəzinin yaradılmasını yüksək qiymətləndirərək deyib: “Bu, kitabın bir daha təsdiq olunması, kitabın mənəviyyatda, insan həyatında mühüm yer tutduğunun təsdiqi deməkdir”.

Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin təbliğində gördüyü işləri vurğulayan Xalq yazıçısı Anar Bakı Kitab Mərkəzini dünyaya açılan bir pəncərə kimi dəyərləndirib. “İstərdim ki, bütün ömrüm burada keçsin. Çünki oxumadığım bütün kitablar burada var”, - deyə Xalq yazıçısı söyləyib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev müstəqil Azərbaycanda belə bir Mərkəzin yaradılmasını yüksək qiymətləndirb. “Arzu edərdim ki, buraya yazıçılar gəlsin və görüşlər keçirilsin, eləcə də cavanlar gəlsinlər. Bizim gələcəyimiz, siyasətimiz, iqtisadiyyatımız, ordumuz, Qarabağ məsələmiz bax buradan, kitabdan başlayır. Kitab olmasa, heç nə olmayacaq. Yalnız o xalqlar yaşayacaq ki, onların kitablara meyli var, onların övladları oxuyur. Uşaqları oxumayan dövlətin gələcəyi yoxdur”, - deyən Ç. Abdullayev bugünkü Azərbaycanın inkişafının təhsil sayəsində mümkün olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycan Respublikası mədəniyyət baxımından çox inkişaf edib.

Sonra Bakı Kitab Mərkəzi haqqında videoçarx nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi