​Bakı Ali Neft Məktəbi Novruz bayramını qeyd edib

​Bakı Ali Neft Məktəbi Novruz bayramını qeyd edib BANM-in tələbələri hazırladıqları rəqslərlə çıxış edib
Mədəniyyət siyasəti
18 Mart , 2016 12:12
​Bakı Ali Neft Məktəbi Novruz bayramını qeyd edib

Bakı. 18 mart. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rəhbər, professor-müəllim və tələbə heyətinin iştirakı ilə Novruz bayramına həsr olunan şənlik keçirilib.

Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, təntənəli tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edərək, bayramın tarixi kökləri, dəyərləri və xalqımızın adət-ənənələri haqqında danışıb. Novruzun birlik, qardaşlıq bayramı olduğunu deyən rektor onu sülh, barışıq, təbiətin oyanışı kimi xarakterizə edib.

Tədbir musiqili şou proqramı ilə davam edib. Proqram çərçivəsində BANM-in tələbələri müxtəlif mahnılar ifa edib, hazırladıqları rəqslərlə çıxış edib və Novruz rəmzlərini əks etdirən nümunələr nümayiş ediblər. 

Son xəbərlər

Orphus sistemi