UNESKO rəsmisi: "Azərbaycanlılar öz miraslarına inanılmaz dərəcədə qayğı göstərirlər”

UNESKO rəsmisi: "Azərbaycanlılar öz miraslarına inanılmaz dərəcədə qayğı göstərirlər” “20 il öncə Azərbaycan paytaxtına ilk səfərim zamanı Bakının tarixi hissəsini “xilas etmək” üçün gəlmişdim”.
Mədəniyyət siyasəti
24 İyul , 2019 11:33
UNESKO rəsmisi: Azərbaycanlılar öz miraslarına inanılmaz dərəcədə qayğı göstərirlər”

“20 il öncə Azərbaycan paytaxtına ilk səfərim zamanı Bakının tarixi hissəsini “xilas etmək” üçün gəlmişdim”.

“Report”un məlumatına görə, bunu Maltanın UNESKO üzrə Milli Komissiyasının sədri Rey Bondin “Times of Malta” qəzetində dərc olunmuş məqaləsində UNESKO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən sessiyasında iştirakı ilə bağlı təəssüratını bölüşərkən deyib.

O, “Bakıya təkrar səfər” adlı məqalədə 20 il öncə Bakıya səfərini xatırlayaraq şəhərin tarixi simvolu olan İçərişəhərin Qız qalası və Şirvanşahlar sarayı ilə ilk tanışlığından bəhs edib: ““20 il əvvəl ilk dəfə Bakıya gələndə Qız qalasının daxilindəki dairəvi pilləkənlərlə üç dəfə dırmaşmağa çalışdım və çətinliklə enməli oldum. Bu il isə mən 2 mindən çox insanın iştirak etdiyi UNESKO-nun Dünya İrs Komitəsinin illik toplantısına gəldim. Bakının tamamilə dəyişdiyinin və müasirləşdiyinin şahidi oldum. Mən ilk dəfə Bakıya İçərişəhərin UNESKO Dünya irs abidəsi kimi namizədliyini qiymətləndirmək üçün göndərilmişdim. UNESKO-nun məsləhətçisi kimi fəaliyyət göstərən, mütəxəssislərdən ibarət olan İCOMOS təşkilatı köhnə şəhərlər üzrə mütəxəssis kimi məni seçmişdi. Bu heç də asan missiya deyildi. İçərişəhərin namizədliyi ilə bağlı müsbət hesabatım sayəsində İçərişəhər UNESKO-nun Dünya irs siyahısına daxil edildi. O vaxtdan bəri və belə bir qısa müddət ərzində Bakı tamamilə dəyişib. Kilometrlərlə uzanan, bir-birinə oxşar sovet binaları sökülərək müasir yaşayış evləri tikilib. Neftçıxarma qurğuları ilə dolu sahilləri xatırlayıram: bu gün isə bura tanıdığım ən gözəl sahillərdən biridir. Yaxşı layihələndirilmiş müasir yollar salınıb. Şəhərin hər yerində yaşıllıqların olduğu geniş parklar var”.

R.Bondin məqalədə Azərbaycanın tolerant ölkə olduğunu vurğulayıb: “Azərbaycanlılar öz miraslarına inanılmaz dərəcədə qayğı göstərirlər, Bakının İçərişəhərində, digər UNESKO abidələri kimi, hədiyyə və suvenir mağazaları çox olsa da, hər şey zövqlə görülüb. Azərbaycan müsəlman ölkəsidir, çox sakitdir, dini zəmində gərginlik yoxdur. Xristian kilsələri var”.

UNESKO-nun rəsmisi qeyd edib ki, Bakının müasir memarlığı bəziləri tanınmış xarici memarlar tərəfindən layihələndirilmiş müxtəlif binalardan ibarətdir: “Bakı Azərbaycanın yeganə iri şəhəridir, lakin görməli yerlər çoxdur, ölkənin möhtəşəm mənzərələri və çoxlu sayda irs abidələri var”.

Son xəbərlər

Orphus sistemi