Azərbaycanlı rejissorların filmləri beynəlxalq festivalda nümayiş olunacaq

Azərbaycanlı rejissorların filmləri beynəlxalq festivalda nümayiş olunacaq 29 oktyabr – 3 noyabr tarixlərində Moskva şəhərində keçiriləcək MDB ölkələrinin film festivalında azərbaycanlı rejissorların iştirakı ilə ərsəyə gətirilən iki film nümayiş olunacaq.
Mədəniyyət siyasəti
21 Oktyabr , 2019 15:37
Azərbaycanlı rejissorların filmləri beynəlxalq festivalda nümayiş olunacaq

29 oktyabr – 3 noyabr tarixlərində Moskva şəhərində keçiriləcək MDB ölkələrinin film festivalında azərbaycanlı rejissorların iştirakı ilə ərsəyə gətirilən iki film nümayiş olunacaq.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, rejissor Eldar İmanovun rəhbərliyilə Almaniya – Azərbaycan – Gürcüstan istehsalı “Mövsümün sonu” adlı ekran əsərində Rasim Cəfərov, Zülfiyyə Qurbanova, Mirmövsüm Mirzəzadə çəkiliblər. Bu film cari ildə Rotterdam və İvanovo şəhərlərində keçirilən beynəlxalq festivalların mükafatlarına layiq görülüb.

Həmçinin qarşıdakı tədbirin proqramına salınan gənc rejissor Teymur Hacıyevin “Düz-bibər zövqə görə” qısametrajlı filmdə Turan Abbasov, Ziya Ağa, Leyla Mədədxanova, Zülfiyyə Nəzər Məmmədova, Şamil Süleymanlı rol alıblar.

Son xəbərlər

Orphus sistemi