Azərbaycanlı musiqiçi Parisdə konsert verib - VİDEO

Azərbaycanlı musiqiçi Parisdə konsert verib - VİDEO Paris. 8 fevral. REPORT.AZ/ Parisin Le Duc des Lombards caz klubunda Azərbaycanın əməkdar artisti Şahin Növrəslinin konserti keçirilib.
Mədəniyyət siyasəti
8 Fevral , 2018 07:37
Azərbaycanlı musiqiçi Parisdə konsert verib - VİDEO

Paris. 8 fevral. REPORT.AZ/ Parisin "Le Duc des Lombards" caz klubunda Azərbaycanın əməkdar artisti Şahin Növrəslinin konserti keçirilib.

"Report"un Qərbi Avropa bürosu məlumat verir ki, konsert amerikalı caz pianoçu, bəstəkar Əhməd Camalın rəhbərliyi altında təşkil olunub.

Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini əlverişli sintezinə böyük ustalıqla müyəssər olan və beləliklə öz musiqisində iki böyük - Qərb və Şərq mədəniyyətini birləşdirən azərbaycanlı musiqiçinin ifası böyük alqışlarla müşayiət edilib. Şahin Növrəsli ifasında Azərbaycan xalq mahnılarına geniş yer ayırıb.

ABŞ və Avropada beynəlxalq festivallarda çıxış edən dünya cazının yeni ulduzlarından biri - Şahin Növrəsli azərbaycanlı musiqiçi Əhməd Camalın dəvəti ilə artıq bir neçə dəfə Parisdə konsert proqramları ilə çıxış edib. O, ötən ilin 14 noyabrında ABŞ-ın dəfələrlə "Grammy" və digər yüksək mükafatlara layiq görülmüş ulduzu, postbop caz musiqi janrının canlı əfsanələrindən olan Əhməd Camal ilə birlikdə Parisin ən möhtəşəm konsert zallarından olan "Le Palais des Congrès" sarayında konsert verib.

Son xəbərlər

Orphus sistemi