Azərbaycanlı musiqiçi Fransada konsert verəcək

Azərbaycanlı musiqiçi Fransada konsert verəcək Paris. 19 sentyabr. REPORT.AZ/ Azərbaycanlı musiqiçi Səidə Zülfüqarova Fransada Beynəlxalq Sülh günü münasibətilə Sülh naminə və zorakılığa qarşı mövzusunda konsert verəcək.
Mədəniyyət siyasəti
19 Sentyabr , 2018 00:48
Azərbaycanlı musiqiçi Fransada konsert verəcək

Paris. 19 sentyabr. REPORT.AZ/ Azərbaycanlı musiqiçi Səidə Zülfüqarova Fransada Beynəlxalq Sülh günü münasibətilə "Sülh naminə və zorakılığa qarşı" mövzusunda konsert verəcək.

"Report"un Qərbi Avropa bürosu məlumat verir ki, konsert Karyer-su-Puasi şəhəri meriyasının dəstəyi ilə 21 sentyabrda saat 19-da Alzas İdman Kompeksində keçiriləcək.

Konsertdə Paris Filarmoniyasının orkestr ansamblı, Paris Operasının müğənnisi İrina Kopylova da çıxış edəcəklər. Sülh proqramından ibarət olan tədbirdə azərbaycanlı musiqiçi tarda ifa edəcək.

Konsert YUNESKO-nun sülh üzrə rəssamları, heykəltəraşları və digər sənətkarlarının iştirakı ilə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi