Azərbaycanlı müğənni İsraildə konsert verib

Azərbaycanlı müğənni İsraildə konsert verib Solistin çıxışı Qüds Musiqi Akademiyasının səhnəsində baş tutub
Mədəniyyət siyasəti
6 İyul , 2017 11:26
Azərbaycanlı müğənni İsraildə konsert verib

Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycanlı müğənni Miriyam Hacıyeva İsraildə konsert verib.

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasından (Azİs) "Report"a verilən məlumata görə, solistin çıxışı Qüds Musiqi Akademiyasının səhnəsində baş tutub.

Konsertdə o, Motsart, Verdi, Raxmaninov, Rimski-Korsakov, Leqar, Tsvi Ben-Yosef, Yoel Engelin əsərlərini ifa edib.

Qeyd edək ki, M.HAcıyeva Qüds Musiqi Akademiyasının magistridir. 

Son xəbərlər

Orphus sistemi