Hər ilin sentyabr ayında dahi bəstəkar, musiqişünas alim və görkəmli ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 134-cü ildönümü və Milli Musiqi Günü həm Azərbaycanda, həm də ölkənin hüdudlarından kənarda geniş qeyd edilir.
"Report" "AZƏRTAC"a istinadən xəbər verir ki, bu münasibətlə sentyabrın 26-da Vyanada Azərbaycan klassik musiqi axşamı keçirilib.
Tədbirdə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova hər il Azərbaycanda geniş qeyd olunan Milli Musiqi Günü və bu günün birbaşa əlaqədar olduğu ölməz bəstəkar Üzeyir Hacıbəyli haqqında qonaqlara geniş məlumat verib.
Qeyd edilib ki, ümummilli lider
L.Qasımova bildirib ki, dahi bəstəkarın doğum günü ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzi hər il Vyanada klassik musiqi axşamları təşkil edir. Bu konsert proqramlarında Avstriya və Azərbaycan musiqiçiləri çıxış edir və Avropada təhsil alan, yaşayan gənc musiqiçilərimizə geniş yer ayrılır. Vurğulanıb ki, bu dəfə diqqət mərkəzində Avstriyada yaşayan istedadlı Manafzadələr musiqiçi ailəsi dayanır.
Konsert axşamında Manafzadələr ailəsi klassik proqramla çıxış edib. Pianoçu, bəstəkar və dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini, eləcə də özünün bəstələdiyi “
Konsertdə Turan Manafzadə və Karen Danqer-Manafzadə Azərbaycan xalq və bəstəkar mahnılarını birlikdə ifa ediblər. Konsertin zirvə nöqtəsini isə Turan və Abuzər Manafzadələrin dörd əllə piano ifaları təşkil edib. Hər üç pianoçunun birgə ifasında Avstriyanın qeyri-rəsmi himnlərindən hesab olunan “Radetski marşı” və Müslüm Maqomayevin ölməz “Azərbaycan” mahnısı tamaşaçıların sürəkli alqışları ilə müşayiət olunub.