Azərbaycanla YUNESKO arasında müqavilə imzalanıb

Azərbaycanla YUNESKO arasında müqavilə imzalanıb Azərbaycan hökuməti ilə YUNESKO arasında iyunun 30-dan iyulun 10-dək Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkil edilməsi ilə bağlı müqavilə imzalanıb.
Mədəniyyət siyasəti
28 Mart , 2019 16:20
Azərbaycanla YUNESKO arasında müqavilə imzalanıb

Azərbaycan hökuməti ilə YUNESKO arasında iyunun 30-dan iyulun 10-dək Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkil edilməsi ilə bağlı müqavilə imzalanıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, sənədi Azərbaycan hökuməti tərəfdən mədəniyyət naziri Əbülfəs Qarayev, YUNESKO tərəfdən isə baş direktorun müavini Ernesto Ottone Ramirez imzalayıb.

Sənəddə tədbirin təşkili ilə bağlı həm Azərbaycanın, həm də YUNESKO-nun vəzifə öhdəlikləri əks olunub. Bununla yanaşı, müqavilədə sessiyadan əvvəl keçiriləcək Gənc Peşəkarlar Forumu və Abidə Menecerlərinin Forumunun təşkili ilə bağlı məsələlər öz əksini tapıb.

Son xəbərlər

Orphus sistemi